Dostlarımız,

Yaşadığımız ərz həyatı, kollektiv olaraq müəyyən bir prosesə görə çalışmaqdadır. Bu prosesin zəmani qarşılığı 50.000 ili içinə alan bir dövrədir. Şüur təkamülünə tabe olan varlıqlar, bu prosesin sonundakı qazanclarına görə ya ərz yuxusundan qurtularlar ya da həqiqət ölçüsü olan Ədn cənnətlərinə addım ata bilmək üçün təkrar ərz yuxusunun müxtəlif eşiklərində röyalara tabe edilərlər.  

İndi içində olduğumuz zaman dairəsi, ərzə 50.000 il əvvəl əkilən şüur toxumlarının biçin vaxtının yaxınlaşdığını bizlərə zikr etməkdədir. Bu səbəblə İlahi iradə, son dövrünə girmiş insanlığa, şüur tezlik dəyərlərinin yüksəlməsi adına vəhy içərisində yerləşən ana sistem məlumatlarının təbliğ və təvil prosesini, 1400 il əvvəl verilən əhd üzərinə aktivləşdirmişdir. 

Bu proqram, Anadolu coğrafiyası üzərindən planlanmış və qiyamət prosesinə qədər Uca Allahın hər dövrə göndərəcəyi həqiqət təbliğçiləri ilə davam edəcəkdir.

Yaşanan onlarla həyat və təcrübə nəticəsində insan şüuru artıq bəzi məlumatları qəbul edə biləcək səviyyəyə gəlmişdir. Günümüzdə mövcud olan elm və texnologiya bu mövzuda yardımçıdır.

Uca Allahın kürsüsünü (sistemini) ehtiva edən bu məlumatların insanlarla apaçıq şəkildə paylaşılmasının səbəbi, ərz yuxusundan onları oyandırıb əsl hədəf olan gerçək yaşam üçün mübarizəyə təşviq etməkdir. Bu proses əvvəlcə fərdin özündən başlayar, daha sonra digər insanların əlindən tutması ilə davam edər. Və bu prosesin heç bir mərhələsində zorlama olmadan fərdin özünün yolu seçməsi və yolda qalması gözlənər. Bəzi hallar və idraklar varlıqların bu yoldakı dirayətini müəyyənləşdirər.

Məsələn, bir röyanı götürək. Röya gördüyünüz prosesdə röyada olduğunuzu bilməyiniz halında, röya prosesi fərqli şəkildə axmağa başlayar və siz onun içərisində hisslərinizi, davranışlarınızı idarə edə bilərsiniz.

Eyni bu misalda olduğu kimi, əgər sizin idrak səviyyəniz böyük röyanı qavrama eşiyinə gəlibsə, yaşadığınız dünya yuxusunu qavrayışınız dəyişər. Bunu sizdə üzə çıxaracaq şey, müxtəlif datalar (bilgilər) ilə qarşılaşmağınız və onları mənimsəməyinizdir.

İlahi plan, insanoğlunun içində olduğu böyük və kollektiv dünya yuxusunu və ondan oyanması üçün gərəkli olan hər cür datanı Quran içərisində təbliğ etmiş və içində “Biz, Kitabda heç bir şeyi əskik buraxmadıq” detalını əlavə etmişdir. Bizə verilən vəzifə, bu böyük və iddialı sözü (möcüzəni), bir plan və proqram daxilində dünya insanları ilə paylaşmaqdır.

2019-cu ildə, “Həqiqət Planı (Həqiqət Kitabı ver.2)” adlı kitabın təbliğ edilmə prosesinin tamamlanmasının ardından “Həqiqət Planı Çalışma Proqramı” aktivləşdirilmiş və proqram, o gündən bu günə qədər müntəzəm şəkildə davam etməkdədir.

2022-ci ildə “Təbliğlər (Həqiqət Kitabı ver.3)” kitabının nəşr edilməsi ilə birlikdə kitab, on ikinci çalışma proqramına əlavə edilərək oxu təqvimi yenilənmiş və işini “Toxum Evi” adı altında yerinə yetirməyə başlamışdır.

“Toxum Evində” iştirakçı olmaq üçün nə maddiyyat, nə də status vacib deyildir! Yetərliyi təşkil edən başlıca pillələr, ön mühakiməsiz və ədalətli bir zehin, səmimiyyət, istək və “Həqiqət Planı”“Təbliğlər” kitablarının oxunmuş olmasıdır. Bu bilgilərin təməlini Quran ayələri təşkil etməkdədir.

Proqramın təməl məqsədi iştirakçıların Quran ilə hansı şəkildə (nizam, yanaşma, planlama, intizam) çalışması gərəkdiyinin müəyyən bir metod daxilində iştirakçıya göstərilməsidir. Digər məqsəd isə ayələrin ehtiva etdiyi sistem bilgilərinin ötürülməsi mövzusunda uyğun şəxsləri tapmaq və onların inkişaf prosesinə dəstək verərək öyrədici idrakını üzə çıxarmaqdır.

Proqram, bütövlükdə 76 gündən ibarətdir və bu dövr öz içində 38 günə bərabər olan iki ayrı fazadan əmələ gəlməkdədir.

Birinci faza Həqiqət Planı, ikinci faza isə Təbliğlər içərisində yerləşən təvillərin iştirakçılarla paylaşılması, təfəkkür və sual-cavab prosesləridir.

“Toxum Evinə” qoşulmaq istəyən şəxslərin yeni açılacaq olan “çalışma proqramı elan” linkindən keçid edərək əlaqəli qeydiyyat formasını doldurmaları yetərlidir.

Hər şey son dövrünə girmiş insanlığın özü üzərinə cızılan məqsəd daxilində, İlahi planın bir nəfəri olaraq ancaq Onun şüurlu yardımçıları olması adınadır. Bunun üçün mən deyil biz ola bilənlər və mənliyini kənara atıb Onun yolunda, sevgilə, ədalətlə, doğruluqla və də həqqaniyyətlə irəliləyib bunu paylaşa bilənlər qurtuluşa çatacaqdır.

Düşünmək qulun fərzidir…