Dostlarımız,

Bizlər, bir şəxsiyyət bildirərək, cisim ortaya qoyaraq özümüzü tanıtma qayğısı güdməməkdəyik. Bizi tərif edən və tanıdan, Qurani-Kərimdir. O, aləmi konstitusiyamız, İslamın bütünləşmə Kitabı və cəhalətimizi müdrikliyə çevirən hökmün və hikmətin mənbəyidir. 

Ona və göndərdiyi hər şeyə böyük bir təvazö ilə inandıq. Onun yolunda mallarımız və canlarımızla mücadiləyə soyunduq. Onun zikrini həm dillərimizdə həm də əməllərimizdə yerinə yetirmək dərdi ilə, qəlblərimiz titrəməkdə və huşu duymaqdayıq. Ondan gələn hidayət və qulluq şüuru ilə cəmiyyətin fiziki və zehni inkişafı üçün gərəkli olan fəaliyyətlərin içində iştirak etməkdəyik. 

Ən mühüm qayəmiz, Onun dinini öyrənmək, yaşamaq və anlatmaqdır. Əhdimizə vəfa göstərərək, dünya yuxusundan oyandığımız qədər oyandırmağın vəzifəmiz olduğunu bilərək, aydınlıq zehinlərin yetişməsi adına maddi, mənəvi heç bir mənfəət güdmədən əksinə bunun üçün bizlərə verilmiş maddi və mənəvi hər şeyi dinə görə paylaşmaqdayıq.

Din, “inanc və ibadət qaydaları” sistemi deməkdir. İnsan üçün anlamı, şəxsən və bilfel, dərhal indi, yaşayan həyatın gündəlik axarı içində Allahın şüur təkamül planına tabe olan varlıqlar üçün müəyyənləşdirdiyi qanunlara birbaşa uymaqdır. 

Dolayısı ilə din, insanların digər insanlarla, dünya ilə və bütün aləm ilə bağlantıda olduğu və bunlardan məsul olduğunun idrakıdır. Belə bir bağlantı və məsuliyyət yox isə dövlət, cəmiyyət, ailə və insanın özü, sadəcə nəfəs alan bir ölüdür. Lakin hər kim ki, Onun dininə (qanunlarına) uyğun düşünər və yaşayar, bax o artıq canlıdır. Bir digər anlamda Müsəlmandır. Bu səbəblə dinin alt tərifi içində yerləşən “İslam” anlayışı, dinin ancaq Onun qanunlarına boyun əyərək qəbullanmağın nəticəsində yaranan Ona olan təslimiyyətin bir nişanəsidir. 

Nişanə, ancaq və ancaq Kitaba və fitrətə görə uyğunlaşdırılarsa ortaya çıxar. Bu səbəblə kollektiv bir şüur quruluşunda bizi bir edəcək olan şey, dinin məzmununun və sərhədlərinin, ancaq tək mənbə olan Qurani-Kərimə görə müəyyənləşdirilməsidir. Bunun xaricində başqa bir hökm və hikmət mənbəyi axtarmaq aldanış, qəbullanmaq isə şirkdir. 

Təəssüf ki, Məhəmmədin (əs) ölümündən dərhal sonra Quranın bu təməl anlayışına zidd şəkildə bir tendensiya başlamış və İslam, ilk olaraq Üməyyəoğulları (Əməvi) müdaxiləsi ilə degenerasiyaya məruz qalmışdır. 

Sonrasında isə bu degenerasiya, məzhəblər və təriqətlər tərəfindən dərinləşdirilmiş, uydurma bir çox hədis və rəvayət ilə Quranın özünə zidd olan şeylər qəbul edilərək Kitab tərk edilmişdir. Və Kitabı öksüz buraxanlar və onlara uyanların ortaya atdıqları fikirlər, bir tiryək misalı kitablar və fətvalar ilə birlikdə təqdim edilərək cəmiyyətlər yatızdırılmışdır. 

Özlərini Ona ortaq sayan bu hədd tanımazlar, nəfsi arzularına və həvəslərinə görə halallar və haramlar müəyyənləşdirərək kimin imanlı kimin inkarçı olduğuna qənaət gətirmişlər, imanı və axirəti öz əyri zehinlərinə görə dağıtmışlardır. 

Quranın, İslamın və buna əlavə olaraq Müsəlmanlığın çox yanlış təməlləndirilməsindən səbəbdir ki, özləri kimi inanmayan hərkəsi də qeyri-müsəlman olaraq etiketləyib dindən xaric etmiş, kafir olaraq damğalamışlardır. 

Bu yanlışı ortaya atanlar idrak etsələr də etməsələr də Allahın birləşdirilməsini əmr etdiyi şeyi kəsib, firqələrə ayırmışlardır. Çünki hansı dildən, irqdən, rəngdən, coğrafiyadan olduğu fərq etməksizin Uca Allahın insanlar üçün müəyyənləşdirdiyi doğru düşüncə və davranış qanunları olan dinə boyun əyən, təslim olan şəxs Müsəlmandır. Bu zamana qədər endirilmiş dörd Müqəddəs Kitabda da bəhs edilən din İslamdır. 

İslam, Məhəmməd (əs) ilə gələn bir din deyil, onunla birlikdə ikmal edilən dindir. Dolayısı ilə yenə Quran içində Qurandan əvvəlki Müqəddəs Kitabları təbliğ etməklə vəzifələndirilən vəzifəlilər və onlara tabe olanlar, Müsəlman olaraq tərif edilmişlərdir. İsaya (əs) tabe olan həvarilər ya da Musaya (əs) tabe olan gənc yoldaşları və qövmü üçün yenə bu tərif verilmişdir. 

Ayələrdə İslam və Müsəlman tərifləri bu qədər açıq şəkildə verilmiş ikən, İslamı 1400 il əvvəl ilə başlatmaq və daha öncəki nəbilərə tabe olanlara qeyri-müsəlman demək, Uca Allaha baş qaldırmaqdır. 

Bu haqqda Müsəlmanlara düşən məxrəc, Allahın birləşdirilməsini əmr etdiyi dinini birləşdirmək, firqələrə ayrılmamaq və ərzdə fəsadçılıq çıxartmamaqdır. 

Rəbbimizin, “De ki: “Ey Kitab Əhli! Sizinlə bizim aramızda eyni olan bir kəlməyə gəlin. Allahdan başqasına qul olmayaq və Ona heç bir şeyi şirk qoşmayaq və bir qismimiz, bəzilərini, Allahdan başqa Rəbblər edinməsinlər.” Bundan sonra əgər dönərlər isə, o zaman; “Bizim Müsəlman olduğumuza şahid olun” deyin.” ayəsində bizə zikr etdiyi üzrə qayəmiz, daha öncə təbliğ edilən Kitablara tabe olanlarla ortaq olan kəlməmizə (İslam) onları dəvət etmək və Kitabı onlara izah etməkdir.

Müsəlman kimi görünən amma Kitabı tərk edən zehniyyətin sahibləri, günümüzdə də İslam coğrafiyasının hər ölkəsində dini və imanı korporativ bir şirkətə çevirmiş, dırnaqlarını da məsum xalq kütlələrinə keçirmiş vəziyətdə, istismarlarını sıxılmadan və də həqiqəti gizləyərək davam etdirməkdədirlər. 

Və təəssüf ki, kütlələr, bu hədd tanımazların ortaya atdıqları Qurana tərs ziddiyyətlər, uyğunsuzluqlar və irrasionallıqdan əmələ gələn xaosun girdabında boğulmaqdadırlar. Dolayısı ilə insanlığı xoşbəxtlik və ahəngə aparması gərəkən İslam, bu hədd tanımazların əlində bir depressiya və parçalanma ocağına çevrilmişdir. 

Lakin bu gerçəyi unutmamağımız əlzəmdir; Ərz, “Allah şüuru” ətrafında toplananlarla, qarşı səfdə yerləşənlərin tam anlamı ilə ayrıldığı, qarşı-qarşıya gəldiyi yerdir. Şanlı Quran, keçmiş, gələcək, endiyi dövr və indi arasında, fitrətə zidd olan hər cür dəyər mühakiməsini, aidiyyət hissini altüst edərək, dinə uyğun dəyər mühakiməsi və aidiyyət hissini zikr etmişdir.

Bu heç köhnəlməyəcək dəyər və aidiyyət idrakına görə insanlar, Allahın tərəfi/hizbi (+) və İblisin tərəfi/hizbi (-) olaraq ayrılmışlardır. Heç bir dəyər bunların qarşısına keçə bilməz, üstünə çıxa bilməz. Hər kəs bu iki tərəfdən birinə xidmət edər. Allahın tərəfinə xidmət edilərsə məqbul, deyilsə batil bir mübarizədir.

Haqqdan yana və haqq üzərində olmaq istəyənlərə düşən vəzifə, ən gözəl hədisin Onun tərəfindən endirildiyinin və dəyişdirilə bilinməz Sünnətullahın Ona aid olduğunun şüurunda: 

  • Bütün şirk məzmunlu uydurmalar, fırıldaqlar nəticəsində yaranan degenerasiyanın ortadan qaldırılmasına, ana mənbədən uzaqlaşılması nəticəsində ortaya çıxan cəhalətin yerini müdrikliyin almasına, qaranlıqlara işığın yansımasına səy göstərməkdir. 
  • Dini, küçədəki insanın işinə yarayan bir baxışla, Kitabda bildirildiyi üzrə ola bildiyincə ağla və qəlbə xitab edən şəkli ilə, Quranla insan arasına girən bütün ayırıcılardan arıdaraq, Allahın Kitabındakı şəkli ilə insanlığın önünə çıxarmaqdır. Çünki ancaq bunların nəticəsində varlıq, qulluq mərtəbəsinə çatar və də Uca Allah ilə yeriməyə başlayar. Beləsi yeri gələr qəlbsiz dünyanın qəlbi olar yeri gələr vicdanın və mərhəmətin səsi olar. Bir öksüzün ağlamasından, “kömək” deyə bağıran qadın fəryadından, “insanlıq öldümü?” deyə inləyən məzlumun yaxarışından gecələri yata bilməz də yollara düşər. 

Dəyişməz gerçək budur ki, Dünyanın bütün əzilənlərinin, məhrumlarının, qurbanlarının haqqlarını düşünüb bunları qəsb edən despotları, fironları qarşıya alıb, zülmə və əziyyətə, işğala və ədalətsizliyə, yolsuzluğa və haqqsızlığa, din istismarına və Allah ilə aldadanlara qarşı yekvücud olaraq İslamı müdafiə etmək, ancaq Onun qullarına məxsusdur. Və onlar, tarixin hər səhnəsində varlardır. Ya atəşlərə atılmışlardır ya çarmıxlara çəkilmişlərdir ya da daşlanaraq öldürülmüşlərdir.

Bəs, siz bu hekayənin harasındasınız? 

Pis olmağı seçənlərdənmisiniz? 

Pislikləri görüb susanlardanmısınız? 

Yoxsa sizi bu Dünyaya Göndərənin yolundamısınız? 

Hər nə olarsanız olun, doğrunu, adil olanı, haqqı və gözəli seçmək üçün bu gün, gec deyildir. 

Sizləri, özümüzə tabe olmağa dəvət edənlər deyilik. Əksinə bizlər, araya bir dəllal qoymadan Allaha tabe olmağa, dolayısı ilə Onun bütün əmr və buyruqlarının tamamlanaraq bütünləşdiyi Qurana əhl olmağa, Onun çağırışına icabət etməyə dəvət edənlərik.

Çünki “Bir bəşər üçün, Allahın özünə kitab, hikmət və nəbilik verməsindən sonra onun insanlara; “Allahdan başqa mənə qul olun” deməsi ola bilməz. Lakin sizin kitabı oxuyub öyrənmiş olmağınız və öyrədir olmağınızdan dolayı ancaq: “Rəbbani (özünü Rəbbə həsr etmiş) qullar olun” deyər.”

Düşünmək qulun fərzidir…