Dostlarımız,

2019-cu ildə “Həqiqət Planı (ISBN 978-605-764-027-7) (Həqiqət Kitabı ver.2)” adı ilə nəşr olunan kitab, Qurani-Kərim içində “Kitabi-Mübin və Qurani-Mübin” olaraq bilgisi verilən və bu günə qədər təvili açıqlanmamış bir çox ayə və sistem məlumatlarının, təslimiyyət yolunda olan nəfslər üçün təbliğidir. Kitab, üç ana bölümdən ibarətdir. 

Giriş bölümü, Quranda yerləşən açar anlayışların bilgisidir. Bu anlayışlar, eyni zamanda Quranı doğru şəkildə anlamaq üçün verilmiş təməl metoddur. 

Digər bölüm, 2014-cü ildə “Həqiqət Kitabı (ISBN 978-605-323-094-6)” adı ilə nəşr olunan kitab içində təbliğ edilmiş, İlahi planın ərzlərdə “Ana Kitab” qanunlarına görə çalışan proqramlarının detal məlumatlarına əlavə olaraq, bir çox fərqli mexanizmin bilgisini verən ayələrin təvillərini ehtiva etməkdədir. 

Sonuncu bölüm, İlahi planın “Ana Kitaba” bağlı olaraq yeridilən, 4-ü ərzdə 2-si Əraf prosesində olmaq üzrə toplam 6 mərhələ üzərindən tətbiq edilən təslimiyyət (arıdılma) proqramının, bu günə qədər bilgisi verilməmiş müfrədat məlumatlarıdır. Bu, eyni zamanda varlıqların ərzlərdə hansı pillələri keçmələri nəticəsində arıdılıb vəzifə planına alındıqlarının və də bu plan içərisində hansı vəzifələrdən məsul olduqlarının təfərruatlarını verən ayələrin təvillərini ehtiva etməkdədir. 

Kitab içərisində yerləşən hər bölüm və onların içində yerləşən keçiş fazaları, bilgilərin verilişi baxımından müəyyən bir sistematikaya sahibdir. Bu sistematikanın nə olduğunu anlamaq üçün təvil sistemini və bunun ayələr üzərindən hansı şəkildə edilə biləcəyinin məlumatını anlamış olmaq gərəklidir. 

Dostlarımız, Quran 114 ədəd surədən və bu surələri təşkil edən 6236 ədəd ayədən (cümlədən) əmələ gətirilmişdir. Ayələr, öz içində “iki növ” quruluşda dizayn edilmişdir. Bunlar, möhkəm və mütəşabeh ayələrdir. 

Möhkəm kəlməsi, “sağlam, qüsursuz, dayanıqlı, tam, əskiksiz, mükəmməl, ustalıq tələb edən, qabiliyyət tələb edən, boşluqsuz, müvazinətli, möhkəm bağlanmış, güclü, keçirməsiz, bərk, qüvvətli, pərçimli” anlamlarındadır.

Möhkəm ayələr, Quranın endiyi dövrdə anlamı asanlıqla başa düşülən, fərqli bir şərh edilməməsi üçün mənası açıq, tam, əskiksiz və boşluq buraxılmadan verilən, pərçimlənmiş ayələrdir.  

Mütəşabeh kəlməsi, “bənzər, analoq, eyni, eyni cinsdən, identik, uyğun, mütabiq, təmamilə eyni, ekvivalent, oxşar, bir-birinə oxşayan, bənzədilmiş, simmetrik, homogen” anlamlarındadır.

Mütəşabeh ayələr, özlərinə xas bir formatda (analoq) Quran içinə işlənən, bir-birləri ilə simmetrik və təmamilə ekvivalent olması səbəbilə “böyük şəkli” təşkil edən, bərabər identik parçalarıdır. 

İlahi plan, iki fərqli ayə quruluşunun əmələ gətirdiyi bu bütünlükləri, “Ta-Sin. Bunlar Quranın və Kitabın Mübin ayələridir. və Əlif, ləm, ra. Bax bunlar, Kitabın və Quranın Mübin ayələridir. detalları ilə verərək, Quran içində yerləşən iki ayrı Kitab (struktur, proqram) bilgisini, ərz planına açıqlamışdır. 

Qurani-Mübin: Yaşanılan ərz planındakı mexanizmin təməl bilgilərini, yenə bu sistem içində, keçmiş və gələcək nümunələri ilə möhkəm ayələr ilə verən, yaşanılan “an”a xitab edən mükəmməl bir bilgi (hikmət) və qanun (hökm) Kitabıdır. Eyni zamanda özündən əvvəl endirilmiş olan İlahi kitablarda yerləşən, təslimiyyət yolu mərhələləri və də bu yolda varlıqların ehtiyacı olan bütün arıdılma pillələrinin detallarını ehtiva etməkdədir.

Kitabi-Mübin: Ərzlər üzərində çalışan vəzifəli sistem məlumatlarının, Ana Kitab (proqram) üzərindən analoq bir proqram daxilində alınaraq mütəşabeh ayələr üzərindən bilgilərinin verildiyi bölümdür. Bu detal, vəhydə “Kitabi-Mübinə and olsun. Mühəqqəq ki biz, Onu ərəbcə Quran etdik. Umular ki, beləcə ağıl edərsiniz. Və mühəqqəq ki o, qatımızda Ana Kitabdadır.olaraq verilmişdir. 

Ana Kitab, ərş qatından, Aləmlərin Rəbbi tərəfindən endirilmiş bilgi, güc və qanun mexanizmlərinin bağlı olduğu ana proqramdır. Quran, ehtiyatla mühafizə edilən Ana Kitabdan müxtəlif bölümlərə sahibdir və təkrar zikr edər isək bu bölümlər bir-birləri ilə homogen, identik və simmetrik olan mütəşabeh ayələr üzərindən analoq bir proqram daxilində Qurani-Kərimə işlənmişdir. Bu ayələr, endiyi dövr və ya sonrakı zamanda anlamı bilinə bilinməyən lakin zamanı gəlincə anlamı bilinə biləcək olan ayələrdir.

Mütəşabeh ayələrdə yerləşən məlumatlar, “ekiz/ikişər anlama” sahibdir və bu anlamlar, “simvollar və misallar” üzərindən verilmişdir. 

Mütəşabeh ayələr, simvolik dilin üst səviyyədə işlədildiyi və ehtiva etdiyi bilgiyə çatmaq üçün, o simvolik ifadənin qarşılığı olan açar (analoq) bilgiyə ehtiyac duyulan ayələrdir. 

Simvolik ifadələr və ekiz anlamlar, eyni zamanda möhkəm ayələr ilə mütəşabeh ayələr arasındakı ən təməl fərqlilikdir. Çünki bir sistem bilgisi və mənasını vermək üçün simvolik quruluşda verilən mütəşabeh ayələr, hər hansı bir hadisənin qarşılığı olan tarixi bir söz və hadisə bilgisi verən möhkəm ayələr arasındakı fərqi ortaya qoymaqdadır.

İlahi plan, mütəşabeh ayələrin təvil mexanizminin hansı şəkildə çalışdığı məlumatını, “Kitabı sənə endirən Odur. Onun bir qismi möhkəm ayələrdir, onlar Kitabın əsasıdır və digərləri, mütəşabehdir. Lakin qəlblərində əyrilik olanlar, bu səbəblə mütəşabeh olanlara tabe olarlar. Ondan fitnə çıxarmaq üçün, onun təvilini etmək istəyərlər. Və onun təvilini Allahdan başqa kimsə bilməz və elmdə rüsux sahibləri isə: “Biz Ona iman etdik, hamısı Rəbbimizin qatındandır” deyərlər, onlar da təzəkkür edə bilməzlər, sadəcə Üluləlbab (təzəkkür edə bilər).” ayəsində, “mütəşabeh ayələrin təvilinin ancaq Allah tərəfindən bilinə biləcəyi” detalı ilə təfsil etmişdir.   

Sadəcə bu ayəyə görə bilgini şərh edər isəniz, Quran içərisində yerləşən yüzlərcə “mütəşabeh ayə bütünlüyünün” heç bir insan tərəfindən bilinə bilinməyəcəyi, öyrənilə bilinməyəcəyi və elə-belə Kitaba qoyulduğu nəticəsinə gələrsiniz. Lakin hal gerçəkdə beləmidir yoxsa Uca Allahın bu haqqda çalışan başqa bir sistemimi vardır?

Mövzunun başa düşülməsi üçün qeybin və qeyb bilgilərinin, ərz planı ilə hansı şəkildə paylaşıldığı məlumatının verildiyi, “Qeybin açarları Onun qatındadır, Ondan başqa heç kim qeybi bilməz. Quruda və dənizdə olanların tamamını O bilər, O, bilməksizin bir yarpaq belə düşməz; yerin qaranlıqlarındakı bir dənə, yaş və quru xaric olmamaq üzrə hamısı (və hər şey) apaçıq bir kitabdadır.” ayəsini idrak etmək, çok vacibdir. 

Görüldüyü üzrə qeybin, eynilə mütəşabeh ayələrin təvilində olduğu kimi “ancaq Allah tərəfindən bilinə biləcəyi” təbliğ edilmişdir. Bilginin ortaq bir dil ilə verilməsinin səbəbi, mütəşabeh ayələrin təvilinin, qeyb ilə olan bağlantısı səbəbilədir. 

Çünki qeyb kəlməsi, “ilahi/qüdsi sirr, itmiş olan, gizli olan, görünməyən və bilinməyən əşya, gizli şey, gözə görünməyən, gizlənən, görünməyən dünya, fövqəltəbii, metafizik” anlamlarındadır. Dolayısı ilə mütəşabeh ayələrin məzmunu və anlamları, qeyb kəlməsinə, digər mənada qeyb mexanizminə tabedir. Və qeybi bilgilər, bu ayələr üzərindən ərzə endirilmişdir. 

İlahi plan, qeyb məlumatlarının ötürülmə prosesini, bir digər ayədə “Allah sizə qeybi bildirəcək deyildir. Və lakin Allah, rəsullarından istədiyi kimsəni seçər (qeybi o rəsuluna bildirər). O halda, Allaha və Onun rəsullarına iman edin.” detallarını əlavə edərək, qeybin ötürülməsində vəzifəli olan “Rəsul proqramının” məlumatını təfsil etmişdir. 

Proqramın məqsədi isə, “Onlar müjdəçi və xəbərdarlıq edən rəsullardır ki, insanların, rəsullardan sonra Allaha qarşı bəhanələri olmasın.” ayəsində təbliğ edilərək, vəzifəlilərin hansı məqsədlə göndərildiyi məlumatı əlavə edilmişdir. 

Əmin olun heç bir insan o böyük gün gəldiyində Yaradıcısına qarşı, “sən bizlərlə ehtiyacımız olan şeyləri paylaşmadın, bizi nəyin gözlədiyini xatırlatmadın, kürsünün (sisteminin) genişliyini, mexanizmini zikr etmədin” deyə bilməyəcək! 

Çünki Allahın ordusunun əsgərləri olan vəzifəlilər, qeyb bilgisi olan Müqəddəs Kitablar və onların içində yerləşən ayələrin “haqq təvillərini” bir plana göre “açıq sənədlər, yazılı səhifələr və nurlu kitablarla” ərzə ötürmüş və qiyamətə qədər ötürəcəklərdir. 

İlahi plan, bu mexanizmin ümumi bilgisini, vəhyə hər an dilimində müsahib olacaq olanlar üçün, “Ey Adəmoğulları! Sizin içinizdən, sizə ayələrimi izah edən rəsullar gəldiyi zaman, bundan sonra kim təqva sahibi olar və nəfsini islah edərsə, artıq onlara qorxu yoxdur. Və onlar məhzun olmazlar.” detalı ilə verərək, Onun, səmada, ərzdə və kitablarında olan ayələrini, rəsulların izah edəcəyini bildirmişdir.

Qeyb (vəhy) mexanizmində vəzifəli olan rəsulların, vəzifələri içində yerləşən ayə təvillərini, hansı şəkildə, hansı metodlarla ərzə təbliğ etdikləri məlumatı isə, Məhəmməd (əs) üzərindən “Artıq səni yalanlayarlar isə “kədərlənmə”, halbuki səndən əvvəlki, açıq sənədlər, yazılı səhifələr və nurlu kitablar gətirən rəsullar da yalanlanmışdı.” detalları ilə təfsil edilmişdir.   

İlahi plan, vəhy içərisində yerləşən mütəşabeh ayələrin təvil prosesinin, hansı zaman dilimində təbliğ ediləcəyini ehtiva edən bilgilərin bütün detallarını Quran məzmununda əskik buraxmamışdır.  

Mövzu, ilk olaraq Kitabın endirildiyi dövr içindəki varlıq dialoqları üzərindən “Yoxsa onu uydurdumu deyirlər? De ki: “Əgər doğru danışanlar isəniz, o təqdirdə Allahdan başqa gücünüzün yetdiyi kimsələri çağırın və onun kimi bir surə gətirin!” Xeyr, onlar elmini mühasirə edə bilmədikləri və özlərinə hələ təvili gəlməmiş bir şeyi yalanladılar. Onlardan əvvəlkilər də belə yalanlamışlardı. Zülm edənlərin necə bir nəticəyə uğradıqlarına bir bax!” detalı ilə verilərək, həm Quran həm də əvvəlindəki vəhy bilgilərinin, bəzi varlıqlar tərəfindən başa düşülmədiyi üçün yalanlandıqları bildirilmişdir. Bunun səbəbi isə, hələ o ayələrin təvilinin gəlməməsi olaraq açıqlanmışdır.

Bu ayələr, bir az əvvəl ifadə etmiş olduğumuz, “Kitabı sənə endirən Odur. Onun bir qismi möhkəm ayələrdir, onlar Kitabın əsasıdır və digərləri, mütəşabehdir. Lakin qəlblərində əyrilik olanlar, bu səbəblə mütəşabeh olanlara tabe olarlar. Ondan fitnə çıxarmaq üçün, onun təvilini etmək istəyərlər. Və onun təvilini Allahdan başqa kimsə bilməz və elmdə rüsux sahibləri isə: “Biz Ona iman etdik, hamısı Rəbbimizin qatındandır” deyərlər, onlar da təzəkkür edə bilməzlər, sadəcə Üluləlbab (təzəkkür edə bilər).” olaraq təfsil edilən, Kitabi-Mübin (sistem mexanizm qanunlarının apaçıq) bilgilərinin verildiyi mütəşabəh olanlardır.

Həmçinin İlahi plan, Quranın endirildiyi dövrdə təvili gəlməyən ayələr üçün gələcəyə yönümlü həm bir proyeksiya əks etmiş həm də bir əhd vermişdir. 

Bu bilgilər, onu yalanlayan varlıqlara qarşı Məhəmməddən (əs) deməsi istənən “Sizdən ona qarşılıq bir məvacib istəmirəm. Və mən mükəlləfiyyət qoyanlardan deyiləm.” O “Quran” ancaq aləmlərə Zikrdir. Və onun xəbərini bir müddət sonra mütləq öyrənəcəksiniz.” ayələrində işarə edilərək, mütəşabeh ayələrin xəbərinin bir müddət sonra alınacağı açıqlanmışdır. Bu müddətin detalı isə, bir digər ayədə “biz ayələrimizi həm afaqda həm öz nəfslərində onlara göstərəcəyik; elə ki, şübhəsiz onun haqq olduğu özlərinə açıqca müəyyən olsun. Hər şeyin üzərində Rəbbinin şahid olması yetməzmi” olaraq təfsil edilmişdir. 

Afaq kəlməsi, “Üfüqlər, uzaq ölkələr” anlamlarına gəlməkdədir. 

Ayələrin təvilləri uzaq olan, gələcəkdəki ölkələrdə və də varlıqların üfüqləri olan şüurlarında göstəriləcəyi bildirilmişdir. Çünki “Hər xəbərin qərarlaşdırılmış, gerçəkləşəcəyi bir zaman/məkan vardır.” və də hər şey “Xəzinəsi bizim yanımızda olmayan heç bir şey yoxdur. Bilinən bir taleyi (planı) olmaqsızın onu endirmərik.”  ayəsində məlumatı verilən, daha öncədən müəyyənləşdirilmiş tale planına və də zamana/məkana görə təbliğ edilər. 

Tale planı, varlıq şüuru və onun inkişafı ilə mütənasib çalışmaqdadır.  Çünki şüur iki ünsürə (zaman, məkan) görə dəyişkənlik göstərər. 

Məsələn 1800-cü ildə yaşayan bir insanın şüuru ilə indi yaşayan insanın şüuru eyni deyildir. Buna görə “zaman” şüura təsir edən ən təməl faktordur. Yaşanılan “yer” və ya coğrafi məkan isə, eyni zaman dilimində yaşayan insanların şüurunda fərqlilik yaradan, digər mühüm faktordur. Bu, Türkiyə, Kanada və ya Afrika arasında, hətta eyni ölkədəki şəhərdən şəhərə belə fərqlilik göstərən bir haldır.

Mesajlar, rəsullar üzərindən verildiyi üçün, işlədilən bənzətmələr və misallar, yaşanılan əsrin reallığına bağlıdır. Şüur səviyyəsi, anlamın hüdudunu müəyyənləşdirər amma anlatmanın hüdudu, verilən bilginin hüdudu deyildir. Şüur inkişaf etdikcə, bilginin mənası dərinləşər. 

Vəhyin ardında örtülü olan mütəşabeh ayə bilgiləri, sadəcə onu anlaya biləcək şüur tezliyinə gələnə qədər özünü gizləyər. Bütün bilgi əslində ən başından bəri oradadır. Ancaq onun qavrana biləcəyi zaman və məkan yaranınca mənası başa düşülər. Şüur inkişaf etdikcə, sonsuz olan İlahi bilgi yenidən şərh edilər və mesaj dərinləşərək alınar. 

Bu tətbiqin kimlər tərəfindən ediləcəyi məlumatı, yenə Məhəmməd (əs) üzərindən, “İnkarçılar deyərlər ki: “Onun üzərinə Rəbbindən bir möcüzə endirilməli deyilmiydi?” Sən, sadəcə bir xəbərdarlıq edənsən və bütün qövmlər üçün hadi vardır.” ayəsində təfsil edilərək, “hadilərin məlumatı və bunun möcüzə ilə olan bağlantısı” ərz planına bildirilmişdir.  

Hadi kəlməsi, “Doğru yolu göstərən, rəhbərlik edən” anlamındadır.

Hadilər, Quran və İslam möcüzəsini bildirən və bildirəcək olan rəhbərlərdir (vəzifəlilərdir). Və qeyb və buna bağlı olan təvil təbliğləri, ancaq vəhy mexanizmində vəzifələndirilən rəsullar tərəfindən ərz planına bildirilər. 

Dostlarımız, bütün bu bilgilərdən sonra “təvil nədir və hansı şəkildə tətbiq edilər” mövzusunu açıqlamağımız gərəklidir. 

Təvil kəlməsi, Ərəbcə əvl kökündən gəlməkdədir. “Dönmək, yerinə varmaq, yerini tapmaq” anlamındadır. 

Mütəşabeh ayələrin təvil edilməsi, onların həm müfrəd bilgilərinin verilməsi həm də bir-birləri ilə olan orqanik bağlantılarının qurulması nəticəsində, İlahi mesajın özül anlamına dönməsi, varması və də özül anlamını tapmasıdır. Çünki hər mütəşabeh ayə, bir digəri ilə bağlantılıdır. Və bu bağlantıların haqq təvili ardından, mütəşabeh ayələrin sistematik bilgilər içindəki yerini tapması nəticəsində, İlahi plan tərəfindən ərzə verilmiş olan Uca Allah sistemi və içindəki planların vahid məlumatları, varlıqlara açılar. Elmdə dərinləşənlər və üluləlbablar isə təvili edilmiş ayələrin bilgilərini alarlar və təzəkkür edərlər.

Həqiqət Planı, Onun sistemlərini yenə Onun ayələrində bildirildiyi təvil metodu ilə təqdim edən və ağıl ilə qəlbin işlədilməsi nəticəsində şəxsi parçaların təşkil etdiyi bütünə “təvil (dəlil), qavrayış, təfəkkür, idrak, məna” prosesi ilə şahid edən yazılı səhifələrdir. 

Kitabı oxuyacaq olan şəxslərin tətbiq etməsi gərəkən təməl metod haqqında, kitabların “ilk söz” bölümündə, “yazıldığı sıradan oxunması” xüsusunda bilgi verilmişdir. Əslində bu, bir tövsiyədən ötə şəkildə, uyulması gərəkən həm bir üsul həm oxucun tələskən, mübahisəçi, üsyankar və eqoist olan nəfsi ilə çırpışmasıdır. 

Hüsran və dağıdıcı olacaq gərəksiz bir maraqla varlıqların gözlərinin qabağında olan gözəllikləri pozub, həyəcanlarını yox etmələri, təssüf ki, tez-tez görülən bir haldır. Bu səbəblə kitabın yazıldığı sıradan oxumadan irəlidə yerləşən bölümlərin şəxsin öz seçiminə görə oxunması, oxucunun fayda görməsinin əksinə, təməl olaraq əmələ gəlməyən pillələr səbəbilə daha çox yük təşkil edəcəkdir. 

Uğruna mücadilə etdiyimiz şey, həqiqət, ədalət, həqqaniyyət, sevgi, tolerantlıq, anlayış, qavrayış, idrak və müvazinənin mənbəyi olan “bilginin” mənimsənməsidir. Bu, bütün yaşamlarımızın təməlində olması gərəkən fokusdur. Dolayısı ilə insanın zəif tərəfində yerləşən müfrit marağı idarə etmək, həm sahib olduğunuz yaşamda həm də kitabın oxunma metodu üçün çox vacibdir. Çünki kitab, varlığın ehtiyacı olan bilgi və bunların həm öz dünyasında həm də xarici dünyada ahəng bir bütünü təşkil etdiyini, şəxsin inkişafına nəzarət edərək şahid edən və onu ən təməl bilgidən, addım-addım üst pillələrə aparan, bütün özülü mətninin bütününə yayılan bir sistem daxilində yazdırılmışdır. 

Düşünmək qulun fərzidir…

 1 Surə kəlməsi, “yüksək rütbə, şərəf, yüksək olaraq tikilmiş bina” anlamındadır.
 2 Ayə kəlməsi, “sübut, işarə və möcüzə” anlamındadır.
 3 Ali İmran 7
 4 Nəml 1
 5 Hicr 1
 6 Zuxruf 2-4
 7 Zumər 23
 8 Rəd 17, İbrahim 24-26
 9 Ali İmran 7
 10 Ənam 59
 11 Ali İmran 179
 12 Nisa 165
 13 Ali İmran 184
 14 Bu vəzifələr onlar, hələ ərzə göndərilmədən əvvəl, tale planlarına əlavə edilər. Zamanı gəldiyində isə üzərlərinə yüklənmiş bilgilər ortaya çıxar və vəzifələrini yerinə yetirərlər.
 15 Əraf 35
 16 Ali İmran 184
 17 Yunus 38, 39
 18 Ali İmran 7
 19 Sad 86, 88
 20 Fussilət 53
 21 Ənam 67
 22 Hicr 21
 23 Rəd 7