Dünya həyatı, insanoğlunun şüur inkişaf prosesinə xidmət edən və də bir çox bilinməzi ehtiva edən aldadıcı bir mətadır. Kollektiv olaraq insanlıq şüuru, İlahi planın hər dövr etdiyi yardımlarla həm özünün həm də özü xaricində qalan aləmin bilinməzlikləri haqqında aydınladılmışdır. Lakin o, özünə xatırladılan bu həqiqətlərə qarşı həmişə arxasını çevirmiş və batili seçərək aldadıcı mətaya saplanıb qalmışdır. Lakin son dəfə, İslamın bütünləşmə Kitabı olan Quran ilə birlikdə, insanı batil yuxusundan oyandıracaq bütün həqiqətlər zikr üçün asanlaşdırılaraq ərzə təbliğ edilmişdir. Və bu bilgilər qiyamət prosesinə qədər insana yetəcəkdir.

Burada oxuyacağınız bütün bilgilər “Quran içərisində heç bir şeyin əskik buraxılmadığı” iddiasının şahidliyi və “Məhəmmədin (əs) möcüzəsi olan Kitabın ayələrinin” anlatmasıdır.